SON DƏQİQƏ: Milli Şuranın mitinqi təxirə salındı (FOTO)

SON DƏQİQƏ: Milli Şuranın mitinqi təxirə salındı (FOTO)
Əli Kərimlinin müraciəti yayıldı: "Səbrli davranaq”

Xəbər verdiyimiz kimi, Milli Şura bu gün saat 15:00-da metronun "28 May” stansiyasının qarşısında mitinq keçirmək istəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Paytaxt meriyası isə mitinq keçirmək üçün onlara Lökbatan qəsəbəsində yerləşən "Neftçi” İdman Klubunun idman bazasını təklif edib.

Bundan sonra Milli Şuranın adından çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, razılıq verilib-verilməməsindən asılı olmayaraq metronun "28 May” stansiyasının qarşısında mitinq keçirəcəklər və heç kim onlara mane ola bilməz. Hətta bu məqsədlə həm sosial şəbəkələrdə, həm də özünə yaxın internet resurslarda vətəndaşlara çağırışlar edib, onları mitinqdə fəal iştiraka səsləyib.

Bu dəqiqələrdə isə AXCP sədri Əli Kərimli öz feysbuk hesabında növbəti status paylaşaraq, mitinqi təxriə saldıqlarını bildirib. O iddia edib ki, onlarda mitinq iştirakçılarının kütləvi şəkildə həbs ediləcəyi barədə dəqiq məlumatlar var və bu səbəbdən aksiyanı təxriə salmaq qərarına gəliblər:

"Milli Şuranın növbəti qərarı elan olunana qədər səbrli davranaq. Xalq yenidən meydanlara qayıdacaq”.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib və bildirilib ki, qanunsuz aksiya zamanı bütün məsuliyyət onların üzərində olacaq.

AXCP sədrinin mitinqə saatlar qalmış belə bir müraciət yayması onun növbəti dəfə tərəfdarlarını təxribatara sürükləyib, özünü qorumaq cəhdindən xəbər verir. Görünür bu yolla mitinq zamanı baş verənlərin məsuliyyətini öz üzərindən atmağa çalışır.

// Demokrat.az
 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...