Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi.

Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar.

Nazir qeyd etdi ki, Azərbaycanın mədəniyyətinin inkişafına töhfə verən insanların əməyi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilir: "Məlum olduğu kimi, 2 Avqust – Milli Kino Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup mədəniyyət və incəsənət xadimi təltif edilib. Bundan əlavə, mədəniyyət sahəsində, dövlət qulluğunda çalışan bir neçə əməkdaşımız da mükafatlandırılıb. Bu gün həmin insanlara mükafatlar təqdim olunacaq".

Ə.Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı. Söylədi ki, ildən-ilə artan tədbirlər, həyata keçirilən layihələr, bu sahədə qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, mədəniyyət sahəsində inkişaf sistemli şəkildə davam edir: "Nazirliyin qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılmasıdır. Bu gün mükafatlandırılanlar arasında bu istiqamətdə çalışan insanlara nümunə ola biləcək əməkdaşlar da var. Əgər bir insan cənab Prezident tərəfindən yüksək ada layiq görülürsə, deməli, o, mədəniyyət sahəsində uğur qazanıb. Mən hər birinizi cənab Prezidentin adından təbrik etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif edilmək hər kəsə qismət olmur. Siz əməyinizlə, yaradıcılıq və istedadınızla bu adları qazanmısınız. Dövlət başçısının verdiyi bu qiymət sizlərin xalqımıza, cəmiyyətimizə gərəkli insanlar olduğunuzun bir göstəricisidir. Çünki sizin töhfələriniz də cəmiyyətimizin inkişafına xidmət edir. Ona görə də mən bu sahədə uğurlu işlərin daimiliyini arzulayıram”.

Nazir mükafatlandırma mərasiminin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilməsinin təsadüfi olmadığını bildirdi: "Bu bina Azərbaycan memarlıq məktəbinin müstəsna nümunələrindəndir. Məlumdur ki, muzeyin binası Prezident İlham Əliyevin sərəncamı ilə təmir edildi. Hazırda bu mədəniyyət ocağında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunur. Mən sizləri də, vətəndaşlarımızı da bu muzeyi ziyarət etməyə, burdakı nadir incəsənət nümunələri ilə tanış olmağa dəvət edirəm”.

Ə.Qarayev çıxışının sonunda mədəniyyət anlayışının sənət adamlarının yaradıcılığı ilə məhdudlaşmadığını, bu məfhumun həm də həyat normasına çevrilən zaman böyük ictimai əhəmiyyət kəsb etdiyini vurğuladı.

Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.

Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu "Xalq artisti” fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu "Əməkdar incəsənət xadimi” fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi "Əməkdar artist”, "Əməkdar mədəniyyət işçisi”, "Əməkdar müəllim” fəxri adları, "Tərəqqi” və "Dövlət qulluğunda fərqlənmə” medalları ilə mükafatlandırılıb.

Bütün təltif olunanları təbrik edən Ə.Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu.

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...