Heydər Əliyev Fondu ilə UNİCEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu ilə UNİCEF arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİCEF) arasında Anlaşma Memorandumu imzalanıb.

Sfera.az-ın məlumatına görə, imzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələr barədə danışaraq, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, uşaqların sağlamlığı və təhsili sahəsində Fondla UNİSEF arasında mövcud əməkdaşlıq barədə məlumat verib. Qeyd olunub ki, imzalanan Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, "Regional İnkişaf” İctimai Birliyi və UNİSEF-in birgə dəstəyi ilə uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar Mərkəzdə "Live Life” ("Canlı həyat”) sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib.

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...