Deputat: "Qanunsuz mitinqə cəhd edənlər qanun qarşısında cavab verəcək"

Deputat:
"Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin məqsədi ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaqdır”. 

Bunu Qaynarinfo-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər və onlar üçün müvafiq yerlər ayrılır, hətta iştirakçıların təhlükəsizliyi də təmin olunur: "Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir və burada sərbəst toplaşmaq azadlığı hər bir kəsin hüququdur. 8 oktyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək istəyən özünü müxalifət nümayəndələri adlandıran pozucu qüvvələr rəsmən icazə verilən razılıqdan sui-istifadə etdilər. Onlar düşünülmüş şəkildə nəqliyyatın hətəkətini iflic və ziyyətinə salaraq, şəhərin mərkəzində qarışıqlıq yaratmağa çalışdılar, vətəndaşların təhlükəsizliyini sual altına aldılar. Bu dəfə də asayiş keşikçiləri səbr və təmkinlə qanunazidd əməllərin qarşısını aldılar”.

N.Həmzəyev bildirib ki, məqsədinə çatmayan pozucu müxalifət sosial şəbəkələr vasitəsilə İcra Hakimiyyətinin icazə verdiyi yerdə yox, əhalinin daha gur olduğu yerlərində - xüsusilə, metro stansiyalarının qarşısında mitinq keçirmək üçün çağırışlar edirlər: "Ancaq hər kəsə aydındır ki, demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin məqsədi ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salaraq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. Lakin unudurlar ki, xalq onların çirkin məqsədlərini həyata keçirmələrinə heç vaxt imkan verməz. Buna cəhd edənlər isə qanun qarşısında cavab verəcəklər”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...