Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər
Siyasət
17:40 / 16.10.2019
1570
Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər.
Sfera.az bildirir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
O qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in xarici işlər nazirlərinin iclası zamanı baş tuta bilər. (APA)