BNA-nın mətbuat katibi Aybəniz Haşımovanı necə aldatdı? - TƏFƏRRÜAT

BNA-nın mətbuat katibi Aybəniz Haşımovanı necə aldatdı? - TƏFƏRRÜAT
Əməkdar artist Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidi fikirlər səsləndirib.

"Yeni Sabah” xəbər verir ki, ona qeyri-qanuni olaraq cərimə yazıldığını iddia edən xanım müğənni qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin onu aldadaraq bundan əvvəl yazdığı statusunu sildirdiyini qeyd edib:

"O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra hörmətli Mais bəy mənə telefon edərək şikayətimlə maraqlandı. Mais bəyin məsələ ilə bağlı maraqlanacağına güvənərək statusun altında yazılan rəylər Mais bəyi narahat etdiyinə görə yazmış olduğum statusu pozdum. Sırf sizi öncədən də sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün sizə xatir pozdum.

İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai TV-də (3D verilişi – Red.) deyirsiniz ki, Aybəniz xanım yazmış olduğu statusunu yanıldığından sonra pozub. "Bravo” marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər "Bravo” marketin və yaxud digər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa, bunu insanlara bildirmək lazımdır. İnsanlar da bilsin ki, "Bravo” marketdən alış-veriş etmək üçün yalnız taksi xidmətindən istifadə etməlidir, öz şəxsi maşınından yox.

O ki qaldı nümunə olmağa, siz deyəsən, məni indiyədək heç tanımamısınız?! Ödəniş aparatı qoyulub "Favorit”, "Bravo” marketin qarşısında və daim ödənişi edib marketə daxil olur insanlar və evə çatmamış artıq BNA cəriməsi gəlir adamın telefonuna. Bunu necə başa düşək? O zaman əgər o yerlərdə qadağandırsa, maşın saxlamaq onda zəhmət olmasa, bununla bağlı bir işarə qoyulsun! İnsanlar da işini bilsin”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, bu məsələyə fikir bildirməyəcəyini və mövzunu uzatmaq istəmədiyini bildirdi.

OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....