Cavid Qurbanov keçmiş dostunu yıxıb-sürüdü: “50 ildə bir dənə də olsa…”

Cavid Qurbanov keçmiş dostunu yıxıb-sürüdü: “50 ildə bir dənə də olsa…”
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən qurum sədri Cavid Qurbanov tədbir iştirakçılarını peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, 139 illik tarixə malik olan Azərbaycan polad magistralı əzəmətli bir yol keçib:

"Ən azından onu deyə bilərəm ki, sədrlik etdiyim müddət ərzində fəxr edəcəyimiz, üzümüzə utanc gətirməyən işlər görmüşük.

Qurum Nəqliyyat Nazirliyinin tərkibində olduğu müddət ərzində çox təəssüf ki, elə bir iş getməyib. Çox acı olsa da, bu həqiqəti deməliyik. Mənim beynimdə bir fikir var idi ki, köhnəlikdən, bizi arxaya çəkən, artıq olan hər şeydən qurtulmalıyıq. İstər insan resursları, istərsə də texniki baxımdan.

Ona görə bir növ radikal tədbirlərin görülməsinə əl atdıq. Analiz edəndə gördük ki, 50 il muddətində dəmiryolları bir dənə də olsa, yeni vaqon almayıb. Ancaq indi gördüyümüz işlər göz qabağındadır. Hesab edirəm ki, yolumuz düzgündür".

Qeyd edək ki, həmin müddətdə Nəqliyyat naziri Ziya Məmmədov olub.

Uzun müddət C. Qurbanov Z. Məmmədovun rəhbərliyi altında işləyib və onlar yaxın dost olublar.

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...