Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib – İTTİHAM

Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib – İTTİHAM
 13:53 | 11 Oktyabr, 2019

Bu günlərdə mərhum 1-ci qrup Qarabağ əlili Rövşən Haqverdiyevin həyat yoldaşı Məqsudə Haqverdiyeva bizə müraciət edib. O, müraciətində bildirib ki, mərhum həyat yoldaşının ölümündən istifadə edən "Şəmsi-2000” şirkətinin rəhbəri Elxan Qarayev anbara məxsus olan 2 ədəd "İsuzu NP37” markalı avtobusları 2013-cü ildən işlədib pulunu mənimsəyib. Şirkətin təmsilçisi bu avtobusların Elxan Qarayevin istismarında olduğu 48 saylı marşrut xəttində işləməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu göndərib.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi sorğuya cavab arayışında yazıb ki, adı çəkilən avtobuslara 48 saylı marşrut xəttinin adına fərqlənmə nişanı alınsa da 7 ildir ki, (2011-2017) bu avtobuslar təmirə dayanıblar. Məqsudə Haqverdiyeva daha sonra bildirir ki, Daxili İşlər nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati xətalar haqqında Protokolları bu arayışın saxtalığını ortalığa çıxarıb. Baş Dövlət Yol Polis İdarəsinin 2013-cü il tarixdən 2017-ci il tarixədək tərtib etdiyi protokol və fotokameralarda açıq-açığına görsənir ki, adı çəkilən avtobuslar Xətai rayon ərazisində 48 saylı marşrut xəttində sərnişindaşımayla məşğul olubdur. Bəs Bakı Nəqliyyat Agentliyinin rəsmisini hansə maraqlar bu saxtakarlığa qol qoymağa vadar edib. Biz bu hüquq-mühafizə orqanlarından xahiş edib, nəticəsini öyrənmək istəyirik.(editor.az)

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...