"Vəsiqəni girov qoymaq, Vətəni girov qoymaq kimi bir şeydir" – Hafiz Hacıyev sabiq deputatı debata çağırdı - VİDEO

 "Vəsiqəni girov qoymaq, elə Vətəni də girov qoymaq kimi bir şeydir”.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev  "İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olarkən deyib. O, bu cür çıxışla deputat vəsiqəsini girov qoymuş sabiq deputat Rafael Cəbrayılova səslənib.

 

Verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran H.Hacıyev növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Partiya sədri bildirib ki, R.Cəbrayılov insanları aldatmaqla və digər hərəkətləri törətməklə Milli Məclisin nüfuzuna da xələl gətirib. O, hətta keçmiş millət vəkilini debata çağırmaqdan da çəkinməyib.

 

Dadaşlınskinin qonağı özünü ciddi müxalifət adlandırıb:

 

"Müxalifət o demək deyil ki, birinci şəxsi ancaq tənqid edəsən. Məndən çox Azərbaycan hakimiyyəti daxilində rüşvətxorları, korrupsionerləri, Milli Məclisdə o beş dənə stolda oturanları tənqid edən ikinci bir müxalifət partiyasını sədri varmı?”

 

"Sizdən başqa hakimiyyətdə təmsil olunmayan, amma sizin qədər ciddi siyasətçi kim var, siz əl-ələ verib kimlə işləyə bilərsiniz” sualına cavab verən H.Hacıyev, Etibar Məmmədovun siyasətə qayıtmasını istəyib, həmçinin Pənah Hüseyn və Sərdar Cəlaloğlu  ilə birgə çalışa biləcəyini vurğulayıb.

 

H.Hacıyev, Rusiyanın tanınmış siyasətçisi Vladimir Jirinovskiyə oxşarlığından da danışıb:

 

"Nə öyrənibsə, o məndən öyrənib. Jirinovski də Vətənini sevən insandı, o da Rusiyanın inkişafı üçün böyük xidmətləri olan insandı. Həmçinin, Jirinovski də həqiqəti deyir, mən də həqiqəti deyirəm. İndi kim bizə hansı adı qoyur, çox sağ olsun, inkar da eliyə bilmərik”.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...