Azərbaycanda neft hasilatı ilə bağlı VACİB AÇIQLAMA - YENİLƏNİB

Azərbaycanda neft hasilatı ilə bağlı VACİB AÇIQLAMA - YENİLƏNİB
Sfera.az Trend-ə istinadən bildirir ki, Natiq Abbasovun sözlərinə görə, ümumdünya neft hasilatında Azərbaycanın payı cüzidir və bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.


Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.

-----------

16:36

"Azərbaycan neft hasilatının həcmini dondurmağı planlaşdırmır".

Sfera.az bildirir ki, bunu Trend-ə energetika nazirinin müavini Natiq Abbasov deyib.


OXŞAR XƏBƏRLƏR