İsa Qəmbərin seçimi Müsavatda aranı qatdı: Namizədlər keçmiş başqana qarşı

İsa Qəmbərin seçimi Müsavatda aranı qatdı: Namizədlər keçmiş başqana qarşı

"İsa bəyin Arif Hacılını dəstəkləyəcəyinə şübhə etmirdim. Onun bu addımı mənim üçün gözlənilməz olmadı”.


Sfera.az-a açıqlamasında bu sözləri Müsavatın qurultayı ərəfəsində partiya lideri İsa Qəmbərin namizədlər sırasından hazırkı başqan Arif Hacılını dəstəkləyəcəyini açıq şəkildə bəyan etməsinə münasibət bildirərkən digər namizəd Yadigar Sadıqlı deyib:

 

 

"Ən yaxşı halda gözləyirdim ki, İsa bəy bitərəf qalar. Lakin görünür İsa bəy başqa qənaətə gəlib. Nə deyim, bu İsa bəyin hüququdur, o hüququ məhdudlaşdırmaq olmaz. Lakin onun bu mövqedə olmasına təəccüb edirəm. Müsavatın son 5 il ərzində tənəzzülə uğramasını görmək üçün xüsusi alətə ehtiyac yoxdur. İsa bəy hansı uğurlardan bəhs edərək, hansı ümidlərlə Arif Hacılını dəstəklədiyi mənə məlum deyil. Təəssüf ki, İsa bəyin bu mövqeyi qurultayda Arif bəyin qələbə ehtimalını xeyli artırıb. Bu da dolayısı ilə Müsavatın azı daha 4 il ərzində tənəzzül prosesinin davam etməsini şərtləndirir. Bununla belə, qeyri-bərabər vəziyyətə düşsək də, şəxsən mübarizəni davam etdirməkdə israrlıyam. Bir namizəd olaraq Müsavatı daha irəli aparmaqda və yenidən gücləndirməkdə israrlıyam və sona qədər mübarizə apararaq qalib gəlməyə çalışacağam”.

 

Müsavat başqanlığına digər namizəd Tofiq Yaqublunun isə məsələyə münasibəti bir qədər mülayim olub: "İsa bəyin seçiminə normal baxıram, bu bir demokratiya ənənəsidir. Müsavat Partiyası demokratik təşkilat olduğundan burada hər kəs, o cümlədən onun əvvəlki başqanı da kimə istəsə səs verə və onun təbliğatını apara bilər. Bu normal haldır”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...