Kişilər tərəfindən təklənən Ayandan kişi kimi addım - Özü “Maşın”dan getdi

Maqazin
00:25 / 07.10.2019
8860
"Maşın” realiti-şounun "Maskarad” adlı sürətinin növbəti gecəsi bitib.
Sfera.az xəbər verir ki, şouda 12 iştirakçı maşın uğrunda mübarizəyə başlayıb.
İştirakçılar ikinci dəfə aktrisa Fatma Mahmudovanı SMS səsverməsinə çıxarıblar.
Fatma Mahmudova hədəfini açıqlamasa da, özünün də şounu tərk etməyəcəyini bildirib.
Nəticədə F. Mahmudova 72,09 faiz səs toplayıb. Bu an isə müğənni Ayan Babakişiyeva əlini maşından çəkərək oyunu tərk edib. F. Mahmudova şoudan heç kimi çıxarmayıb.
Qeyd edək ki, Ayan bir neçə gün öncə şouda kişilər tərəfindən təklənmişdi. Nəticədə isə ona qarşı çıxan hər kəsə qalib gəlməyi bacarmışdı.