Azərbaycanlı model gəlirini açıqladı: 1 dəfəyə 30 min dollar

Azərbaycanlı model gəlirini açıqladı: 1 dəfəyə 30 min dollar

Ruslana Gee adı ilə məşhur olan azərbaycanlı model və bloger Ruslana Cavadova etiraf edib ki, öz blogunda yazdığı bir statusa görə 30 min dollar pul qazanır.

Sfera.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Cavadova öz gəlirləri barədə bloqunun qonağı olan rusiyalı həmkarı, Amerikada yaşayan Marina Mogilko ilə söhbət zamanı danışıb. Ruslana sosial şəbəkələrdəki səhifəsindən və bloqundan qazandığı dəqiq məbləği açıqlayıb.

"Brendlər özləri mənə müraciət edir, pul verirlər ki, mən onların geyimlərində olarkən çəkdirdiyim şəkilləri nümayiş etdirim. Bir belə postun qiyməti dörd və ya beş min dollardır. Əsasən mənimlə uzunmüddətli müqavilə bağlayırlar ki, bu isə artıq çoxlu pul deməkdir. Bəzən elə olur ki, mən öz bloqumda bir paylaşıma görə, 30 min dollar qazanıram. Bu, kifayət qədər yaxşı məbləğdir və mən şikayətçi deyiləm", - deyə Cavadova etiraf edib.

Gəlirlərindən ilhamlanan Gee öz bloqunu nəinki ABŞ-da, eləcə də Rusiyada təbliğ edir. O deyib ki, daha çox məşhurlaşmaq, çoxlu pul qazanmaq və nəhayət, ailə qurmaq istəyir.

Cavadova öz bloqunu yaratmaq istəyən gənc qızlara özlərinə inanmağı, ən əsası isə təslim olmamağı tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...