Azərbaycanlı müğənni xərçəngdən öldü - FOTO

Cəmiyyət
13:20 / 03.10.2019
1607
Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Lalə Əliyeva vəfat edib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, 40 yaşlı ifaçı xəstəliklə apardığı uzun mübarizədə məğlub olub.
Bu barədə L.Əliyevanın yaxınları sosial şəbəkədə yazıblar.
Bakıda doğulan Lalə Əliyeva şanson və estrada janrında oxuyurdu.
O, Bakı Dövlət Universitetinin hüquq fakultəsini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Komediya fakultəsini bitirmişdi.
Lalə Əliyevanın bir oğlu var.
Allah rəhmət eləsin.