“Putin Köçəryanın arvadı ilə ona görə görüşdü ki…” – Cümşüd Nuriyevdən açıqlama

“Putin Köçəryanın arvadı ilə ona görə görüşdü ki…” – Cümşüd Nuriyevdən açıqlama


"Putinin Ermənistan səfəri zamanı bu ölkənin keçmiş prezident Robert Köçəryanın arvadı ilə görüşməsi diplomatik dildə o deməkdir ki, Rusiya prezidenti Paşinyanı deyil, məhz keçmiş prezidenti tanıyır”.


Bu sözləri Sfera.az-a açıqlamasında İrəvanda Avrasiya İttifaqının tədbirində Rusiya prezidentinin Ermənistanın keçmiş prezidenti Röbert Köçəryanın arvadı Bella Köçəryanla görüşməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

 

"Bu addımla Putin bir daha göstərdi ki, Rusiya özününküləri, özünə xidmət edənləri heç zaman atmır, yaddan çıxartmır. Bununla Putin Paşinyana nümunə göstərdi ki, o Köçəryanı həbs etsə də, onun ailəsilə görüşür. Digər tərəfdən, bu addımı ilə Putin onu da demək istəyir ki, Paşinyan da Rusiyaya xidmət etsə, onu da qoruyacaq”.

 

Ekspert bildirdi ki, bununla Rusiya lideri Ermənistanı zərrə qədər də saymadıqlarını ortaya qoydu: "Yazılmamış diplomatiya qanunlarına görə Putinin bu hərəkəti eyni zamanda Ermənistanı saya almaması kimi qəbul edilməlidir. Bu adam Ermənistanı dövlət kimi saymır. Baxmayaraq ki, keçmiş prezident həbsdədir, Putin isə ora gedərək İrəvandan icazə almadan öz işini görərək, onun yaxınları ilə görüşür. Hər halda tezliklə bu görüşün də səsi çıxacaq. Çünki belə görüş təsadüfi sayıla bilməz”.

 

 

Orxan Əliyev 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...