Əli Kərimlini vətən xainləri niyə müdafiə edir - Şok səbəblər...

Əli Kərimlini vətən xainləri niyə müdafiə edir - Şok səbəblər...

İranda yaşayan casus İsgəndər Hüseynzadə Milli Şura və AXCP haqda "Yeni Müsavat”da gedən tənqidlərə dərhal reaksiya verir; AXCP sədrinin çevrəsi vətən xainləri və separatçılarla dolub daşır

"Yeni Müsavat” qəzetində əsasən AXCP-dən ibarət olan Milli Şura və onun rəhbərliyi haqqında tənqidi yazılar gedəndə diqqətçəkən cavablar alırıq. Daha çox İranın təsir dairəsində olan mətbuat orqanları kütləvi şəkildə qara piar kampaniyasına start verir, qəzetimiz, onun rəhbərliyi haqqında şər-böhtan xarakterli silsilə yazılar dərc edirlər. Bu kampaniyada nuraz.com saytı daha fəal görünür.

Heç kəsə sirr deyil ki, Milli Şura ilə xarici mərkəzlərə bağlı radikal dini camiənin maraqları əksər hallarda üst-üstə düşüb. Onları müdafiə edən saytlar çox ciddi şəkildə paslaşır, bir-birinə ötürmələr verir, bir-birini müdafiə edirlər. Müşahidələrimiz əsasında onu da deyə bilərik ki, zaman-zaman ölkəmizdəki radikal dini qruplaşmalarla bağlı hökumət tərəfindən ciddi addımlar atılanda özlərini "ədalət carçısı” sayan bu qüvvələr dərhal onların müdafiəsinə qalxır, hətta bu qruplaşmalardan həbs edilənləri siyasi məhbus belə adlandırırlar. Bu baxımdan İrana bağlı saytların AXCP sədri Əli Kərimli və digər Milli Şura funksionerlərinin müdafiəçisinə çevrilmələrini haradasa anlamaq çətin olmur. Belə ki, İranın bir sıra dairələri daim Azərbaycan üçün dini yöndən təhdid mənbəyidir. Milli Şura isə onun Azərbaycanda olan dayaqlarını "demokratiya pərdəsi” altında müdafiə edir...

Xatırladaq ki, hazırda Əli Kərimli Azərbaycan əleyhinə separatizmlə və casusluqla məşğul olan, bu cür bəd əməllərlə xalqın nifrətini, lənətini qazanmış xeyli dönüyü müdafiə edir. Bu adamlar onun siyasi ciyərlərindən nəfəs alır. Belə adamların xeylisi Avropada məskunlaşıb. "Yeni Müsavat” dəfələrlə bu adamlarla Əli Kərimlinin Avropadakı dəstəsinin əlaqələri haqda təkzibedilməz məqalələr çap edib. Bu məqalələrdən birinin linkini təqdim edirik. //musavat.com/news/eli-kerimlini-mudafie-eden-veten-xaini-cixdi-sensasion-melumatlar_516890.html 

Yazıdan göründüyü kimi, AXCP sədri ətrafına Azərbaycan əleyhinə iş aparan, dövlətə xəyanət edən, bu üzdən də ölkədən qaçıb müxtəlif ölkələrə sığınmış şəxslərlə gizli-aşkar əməkdaşlıq edir.

Onlardan biri də İsgəndər Hüseynzadədir. Bu adam 1996-cı ildən ailəsi ilə birgə İrana gedib. Hazırda orada yaşayır. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. İranın bəzi dairələrinin nəzarətində və istifadəsində olan bir casusdur. Birmənalı şəkildə öz ölkəsinə - Azərbaycana qarşı dayanan birisidir. 2008-ci ildə barəsində "Dövlətə xəyanət” və "Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. İ. Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən "Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqeyə malikdi.

İsgəndər Hüseynzadə Milli Şuranı, AXCP-ni, Əli Kərimlini açıq şəkildə müdafiə edir. "Yeni Müsavat”da Milli Şura və qurumun rəhbərliyi haqda yazı dərc olunan kimi öz saytında qəzetimiz və baş redaktorumuz haqda tərbiyəsiz məqalələr yazır. Görünür, Əli Kərimlinin neçə ildən bəri din, İslam  pərdəsi altında fəaliyyət göstərən casus şəbəkəsini müdafiə etməsinin qarşılığı bu şəkildə ödənilir. "Yeni Müsavat”ı hakimiyyətlə əməkdaşlıqda, prezident İlham Əliyevi müdafiə etməkdə suçlayan Əli Kərimli və onun zombi dəstəsi Azərbaycana qarşı düşmənçilik edən bu cür adamları - vətən və millət xainlərini cani dildən müdafiə edir, qoruyur. Onların Bakıda keçirilən məhkəmə proseslərinin birini də buraxmır. Siyasi məhbus adlandırılmaları üçün əlindən gələni etməyə çalışır. Media dəstəyi verir və s. Vətən xainlərinə, ölkənin, dövlətin əleyhinə açıq şəkildə fəaliyyət göstərən bir şəbəkəni və onun üzvlərini müdafiə etmək elə Vətənə xəyanət bərabər əməldi.

Belə çıxır ki, bu adamlar hakimiyyətə gəlmək üçün Azərbaycanın ən ümdə, strateji maraqlarını satmağa hazırdılar. Belə bir dəstənin ölkənin ən vicdanlı ziyalılarını, qəzetçilərini, ictimai-siyasi xadimlərini ləkələməsi, onları "satqın”, "xəyanətkar” adlandırması əxlaqsızlıqdır. Ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanları düşməni, xəyanətkarı başqa yerlərdə axtarmasınlar. Onlar buradadırlar - Bakıda. Gözümüzün önündə. Və onlar Azərbaycana qarşı hər gün xəyanət və pislik edirlər. (yeni müsavat)



OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...