“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” - Emin Milli

“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” - Emin Milli
 
Mühacirətdə olan müxalifətçi, "Meydan TV”-nin keçmiş rəhbəri Emin Milli AXCP sədri Əli Kərimli və müavin Fuad Qəhrəmanlı haqda sərt ittihamlar səsləndirib. 

Sfera.az həmin açıqlamanı təqdim edir: 

Barmaqlarımızı sındıranlar

Selcan xanımın cəsarəti mənə bizim iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Seljanı müdafiə etməlidir, anasına dəstək olmalıdır.

Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayyətkar (Fuad Qəhrəmanlı)  mütləq həbs edilməlidir və cəzasını almalıdır.

Seljanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu cinayyətə bərayət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlının və Əli Kərimlinin istefalarını tələb etməliyidilər. 

AXCP-nin liderlərinin azadlıq haqqında, insan haqqları haqqında, demokratiya haqqında danışmaqa heç bir mənəvi haqqları yoxdur. Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Fərqi yoxdur höküməti dəstəkləyən, müxalifəti dəstəkləyən və ya siyasətə qarışmayan biri olsun.

Bu bir ailənin daxili işidir deyənlər isə onda gərək Azərbaycan polisi onları əzəndə beynalxalq təşkilatlara üz tutmasınlar. Hökümət də elə eyni məntiqlə Sizi əzib deyir ki, bu bizim daxili işimizdir. 

Biz xalq olaraq və cəmiyyət olaraq azad olmaq istəyiriksə gərək bu azadlıqı ilk növbədə ailəmizdə qurmaqı oyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək bunlar bizi meydanlarda minlərlə öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...