Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ

Cəmiyyət
16:32 / 18.09.2019
913
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.
Sfera.az unikal.org-a istinadla bildirir ki, deputat deyib ki, xidmət müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: "Həmin şəxs də deyir ki, ali təhsilliyəm. Ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.