İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının olimpiadada iştirakına icazə verilməyib

İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının olimpiadada iştirakına icazə verilməyib
 

İranın Azərbaycandakı səfirliyi "Dağlıq Qarabağ"dan olan komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

Bildirilib ki, səfirliyin İranın rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib.

 

Qeyd olunub ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.

"Səfirlik bir daha vurğulayır ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz”, - məlumatda bildirilib.

Qeyd edək ki, İranda ənənəvi erməni idman olimpiadası keçirilir. Yarışmaya qondarma "Dağlıq Qarabağ”ın komandasının da qatılması barədə xəbərlər yayılıb.

 

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...