Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşüb

Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşüb
 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı Kardinal Leonardo Sandri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, görüşdə Kardinal L.Sandri Azərbaycanda səfərdə olduğunu xatırlayaraq ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm addımlar atdığını qeyd edərək, ölkənin bu xüsusda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə dünya mədəni irsinin qorunmasına göstərilən dəstək yüksək qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq, bu xüsusda hazırkı səfəri çərçivəsində Pontifik Şərq İnstitutu ilə XİN-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) arasında mədəni və akademik sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalandığını məmnunluqla qeyd edib. Nazir qarşı tərəfi bu ilin 14-15 noyabr tarixlərində ölkəmizdə keçiriləcək "Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...