Suriyanın hərbi obyektlərinə raket zərbəsi endirmək istədilər
10:50 / 16.08.2019
1746
Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətindəki Masyaf şəhərinə raket hücumunu dəf edib.
Bu barədə Suriyanın dövlət kanalı "Syria TV" xəbər yayıb.
Məlumata əsasən, raket şəhərin üstündən keçdiyi zaman məhv edilib.
Bildirilir ki, "düşmən raketi yerli vaxtla saat 23:06-da Livanın hava məkanından Masyaf şəhəri istiqamətinə buraxılıb.
Trend bildirir ki, dəyən maddi ziyan və ya xəsarət alanlar barədə hələ məlumat verilməyib.