Məşhur istirahət mərkəzləri bağlana bilər

Məşhur istirahət mərkəzləri bağlana bilər

Çimərlik ərazilərində tullantı sularının idarə olunması ilə bağlı növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki,  reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma”, "Riverin”, "Ober Lyuks”, "El Faro”, "Təhsil”, "Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq”, "Caspian Breeze”, "Şərur”, "Amore”, "Nicat”, "Freqat”, "Regnum”, "Röya”, "Turan”, "Təndir”, "Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub. 

Xaçmaz rayonundakı "Çıraqqala”, "Jalə”, Sumqayıt şəhərindəki "Duyğu”, "Liman”, "Atlantida”, "Flaqman”, "Narınqala”, Balıqçı”, "Alma”, "Neptun, "Antalya”, "Qala”, Bakı şəhərindəki "Mirvari”, "Riyad park”, "Caspian Beach”, "1001 gecə”, "Eldarado”, "Dostluq”, "Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş "məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb. 

Reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos”, "Ulduz”, Sumqayıtda "Katamaran”, "Sahil”, "Diana”, Bakıda "Bizim sahil”, "Xəzər”, "Türkan”, "Simurq”, "Voyage”, "Qala” və "Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu”, "Həsirli”, "Su pərisi”, "Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş”lər  verilib.

Qeyd edək ki, "1001 gecə” istirahət mərkəzi millət vəkili Hüseynbala Mirələmova məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Ər-Riyadda Blinkenlə GÖRÜŞDÜ

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.   Sfera.az-ın xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb....

Qazaxıstan XİN: "Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq"

Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.   Sfera.az &ld...

Anar Məmmədli SAXLANILDI - FOTO

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşl...

Ötən həftə azad edilmiş ərazilərdə 159 mina AŞKARLANDI

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.   Bu barədə Sfera.az-a ...

COP-29 ərəfəsində Azərbaycan – Almaniya görüşləri

Avropa Birliyinin lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamiklyi ölkəmiz üçün maraqlıdır. Azərbaycan- Alman...

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR - YENİLƏNDİ- 2

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyət...