Sevinc Babayevanın oğlu arvadını bıçaqladı

Sevinc Babayevanın oğlu arvadını bıçaqladı
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb.

Sfera.az report-a istinadən bildirir ki, Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan,

əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində

arvadıGünay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub.

G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün

axtarış tədbirləri davam etdirilir.

A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin

yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak

edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda

olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək

xəstəliyindən vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR