Bakı 2015: Çimərlik voleybolunda – QƏLƏBƏ

Bakı 2015: Çimərlik voleybolunda –  QƏLƏBƏ

Yarışlar Çimərlik Arenasında keçirilir.

Avropa Oyunlarının 7-ci günü Çimərlik Arenasında kişilər və qadınlar arasında çimərlik voleybolu yarışları keçirilir.

Sfera.az xəbər verir ki,qadınlar arasında yarışda Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) cütlüyü Erika və Emilia Nistromla (Finlandiya) qarşılaşıb.

Azərbaycan yığması Finlandiyanı 2-0 hesabı ilə məğlub edib.

Qadınlar arasında ilkin raundda H qrupunda Azərbaycan təmsilçiləri Yuliya Kərimova və Rakel Ferreyra Çex Respublikasından Karolina Rehakova və Eliska Qalova ilə yarışıblar və 2:0 hesabı ilə uduzublar.

Kişilər arasında ilkin raundda H qrupunda çıxış edən Azərbaycan təmsilçiləri Santos Neylton və Yaroslav Rudıx 19:00-da Fransa komandası ilə qarşılaşacaq.

20:00-da A qrupundakı təmsilçilərimiz Bernardo Romano-Leonid Qritsay cütlüyü Norveçdən olan duetlə qarşılaşacaq.

21:00-da təmsilçilərimizVivyan Kunya/Zinaida Lyubimovaİtaliya voleybolçuları ilə qarşılaşacaqlar.


OXŞAR XƏBƏRLƏR