Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ


Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.

 

Sfera.az xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdən sonra dişlərinizi fırçalamamaq barədə xəbərdarlıq ediblər. 

 

Təzə meyvə və bəzi bitki çayları kimi sağlam qidalarla yanaşı, turşulu içkilər, turş və ya şəkərli qidalar da diş eroziyasına səbəb olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edənlərin diş eroziyası riski sitrus meyvələrini tez-tez istehlak etməyənlərə nisbətən 37 dəfə daha yüksəkdir. Bundan əlavə həftədə bir dəfə və ya daha çox alma sirkəsi və ya idman içkiləri istehlak edənlər və hər gün qazlı içkilər qəbul edənlər də risk qrupundadır. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 dəfə artırır.

 

Peşəkarlar məsləhət görür ki, yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın. Xüsusilə turş yemək və ya içkilərdən dərhal sonra dişlərinizi fırçalamayın. Turş içkilər, idman içkiləri, qidalar, meyvələr, sitrus meyvələri diş minasını yumşaldır. Bu qidaları qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamaq turşunun diş minasına təsirini sürətləndirə və alt təbəqəni aşındıra bilər. Çünki yemək zamanı dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən dərhal sonra dişlərinizi fırçalamaq həmin turşunun ağızda yayılmasına səbəb olur. Beləliklə, turşu dişlərin emalı və dayanıqlılığını çox azaldır. Dişlərinizi yeməkdən 1-2 saat sonra fırçalayın, əslində ən ideal şey gecə yatmazdan əvvəl fırçalamaqdır.

 

Sadə həll yolu budur ki, alça və ya başqa turş qidalar qəbul etdikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. Sonra 1 stəkan su için.


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...