"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" - Meyxanaçı


"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" - Meyxanaçı

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz ki, ölüm ancaq qonşu, qohum üçündür?". Mən bunu dərk edəndən və sonra valideynlərimin məzarının yanında özüm üçün məzar qazdırdım".

 

Sfera.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Gün ortası" verilişində deyib. Sənətçi qazdırdığı məzarı özü üçün dərs hesab etdiyini bildirib:

 

"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir. Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə ha, bura gələcəksən. Yaxınlarımız qoyub gedəcək bizi, bəlkə də səni dəfn etdikdən sonra qonaqlığa gedəcəklər. Hamı gedəcək, qalacaqsan sən və Allahın.

 

Çox şeyləri də fikirləşmişəm. Elə biri olur ki, dünyasını dəyişir və həmin gün yağış tökür göydən. "Bunun da qəbrini qazmaq lazımdır. Bel vura-vura, vaxt tapdın ölməyə?" deyirlər. Şansımız ondadır ki, Allahımız rəhmlidir. Məni çox bəlalardan saxlayıb. İnşallah, Allah hamımızın günhlarını bağışlayacaq". Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Növbəti köç karvanı Kəngərli kəndinə çatdı

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.   Sfera.az xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni...

Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILDI

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  ...

15 yaşlı qardaşının meyitini avtomobil təmiri sexində tapdı

Gəncədə 15 yaşlı yeniyetmə oğlan intihar edib.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış mass...

Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yer alı...

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

Qloballaşma sürətləndikcə dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar üçün milli kimliyin qorunması çətinləşir və prioritet məsələyə çevrilir.   S...

Heç kim bilmirdi, amma zəhər imiş: Ən pis pendirlərin adı AÇIQLANDI

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Roskaçestvo qurumu bazarda populyar olan pendir növləri ilə bağlı genişmiqyaslı tədqiqatın nəticələrini dərc edib....