Vasif Talıbov müşavirə keçirdi

Vasif Talıbov müşavirə keçirdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının sədri Azər Zeynalov məruzə edib.

Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri Vəli Ələsgərov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir edən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amildir. Ona görə də bu məsələ bu gün bütün dünyanı düşündürür, təsirli tədbirlər görülməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 30 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası yaradılmışdır. Komissiyanın vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən və bu sahədə fəaliyyəti əlaqələndirməkdən ibarətdir. 2006-cı ildə Komissiyanın fəaliyyətinə yenidən baxılmış və Ali Məclis Sədri yanında müşavirə keçirilərək narkotiklərlə mübarizəni daha da gücləndirmək məqsədilə hər bir orqan qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu tədbirlər öz nəticəsini vermiş, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sistemli iş aparılmışdır. Lakin bu sahədə işin səmərəliliyinin artırılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması və mübarizə metodlarının təkmilləşdirilməsi üçün əlavə tədbirlərə də ehtiyac vardır.

Ali Məclisin Sədri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə aidiyyəti orqanlara konkret tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının yeni tərkibi təsdiq edilib, müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının yeni tərkibdə yaradılması haqqında qərar qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...