Sürücülər diqqətli olun! - VİDEO

Sürücülər diqqətli olun! -  VİDEO

Texniki baxış zamanı avtomobildəki nasazlığa görə sürücü cərimə oluna bilər

Xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışdan keçrilmə müddətinin başa çatmasına 15 gün qalır. Artıq bir çox sürücü avtomobilini texniki baxışdan keçirib. Ancaq bəzi sürücülər texniki baxışdan keçərkən müəyyən problemlərlə qarşılaşdıqlarını iddia edirlər. Məsələni bütün tərəflərin iştirakı ilə araşdırdıq.

Bəzi sürücülər avtomobili texniki baxışdan keçirərkən onlardan əlavə pul tələb olunduğunu iddia edirlər. İlin əvvəlində avtomobilin mühərrikinin həcminə görə alınan yol vergisi ləğv edildiyindən texniki baxışa görə alınan rüsum 20 manat olaraq müəyyənləşdirilmişdi. Amma sürücülər iddia edirlər ki, buna əməl edilmir və sürücülərdən əlavə ödəniş tələb olunur. Əlavə ödənişə səbəb kimi isə avtomobildə olan nasazlıq göstərilir. Bəs avtomobildə nasazlıq varsa, qanuni prosedur nədən ibarətdir?

Amma bəzi sürücülər avtomobilində olan nasazlığı aradan qaldırmaq əvəzinə əlavə pul verərək, işlərinin həll olunduğunu zənn edirlər. Avtomobildə olan nasazlığın gələcəkdə böyük bir hadisənin baş verməsinə səbəb olmayacağına isə heç kim zəmanət verə bilməz.

Məsələ ilə bağlı Baş Dövlət yol polis idarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, əgər avtomobilində nasazlıq olmayan sürücüdən texniki baxış yerində əlavə pul tələb edilərsə, həmin sürücü Baş Dövlət yol polis idarəsinə müraciət etsin.

Qeyd edək ki, sürücülər avtomobilin mühərrikinin həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş etməlidir. Bu rüsumun məbləği nasaz olmayan avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular üçün isə 10 manatdır. //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...