Azərbaycanlı deputat rüşvətə görə saxlanıldı

Azərbaycanlı deputat rüşvətə görə saxlanıldı
Səfərovu 9 ilədək həbs cəzası gözləyir.

“Gürcü arzusu” partiyasından olan Qardabani bələdiyyəsinin deputatı Şair Səfərov 2 000 (təqribən 920 manat - red.) lari məbləğində rüşvət alıb.

Oxu.Az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata əsasən, müəyyən olunub ki, günahlandırılan şəxs dövlətə məxsus torpaqdan qanunsuz istifadə və sahibkarlıq fəaliyyətinə dəstək vermək əvəzinə vətəndaşdan rüşvət tələb edib və ondan 2 000 lari pul alıb.

“Cinayət faktı üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 338-ci maddəsi üzrə istintaq davam edir. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, - Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
SFERA.AZ

OXŞAR XƏBƏRLƏR

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...