Masallıda regional “ASAN xidmət” mərkəzi tikiləcək

Masallıda regional “ASAN xidmət” mərkəzi tikiləcək

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının regionlarında yaşayan əhaliyə dövlət orqanları tərəfindən xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2015-ci il.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...