Krediti olanların nəzərinə: Pulunuzu belə alın - VİDEO

Krediti olanların nəzərinə: Pulunuzu belə alın - VİDEO
Bu gündən etibarən Azərbaycanda problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb. Ödəniş alacaq müştərilər, onlara göndərilən xəbərdarlıq əsasında krediti götürdüyü banka yaxınlaşaraq təyin edilən məbləği alırlar. Kredit təşkilatıları, eyni zamanda bağlanmış bankların müştəriləri isə ''Azərpoçt''un şöbələrinə yaxınlaşaraq ödənişlərini ala bilirlər. Şikayəti olanlar isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər.

Vətəndaş təkcə şəxsiyyət vəsiqəsini təqdim etməklə ona təyin edilən kompensasiyanı alır.

Bu gündən etibarən Azərbaycanda dollar kreditlərinə görə təyin edilən kompensasiyaların ödənişinə başlanılıb. Bağlanan banklar, eyni zamanda kredit təşkilatlarının müştəriləri bu ödənişi ''Azərpoçt'' un şöbələrindən ala bilirlər.Bu şəxslərə ilkin mərhələdə 500 manata kimi olan ödənişlər nağd formada verilir.Bundan çox olan vəsaitlər isə Mayın 1-dən kartla ödəniləcək.

Vətəndaş ona verilən kartdakı məbləği bütün bankların ATM- lərindən komisyasız nağdalaşdıra bilər. Kredit təşkilatları eyni zamanda bağlanan bankların müştəriləri''Azərpoçt'' un rəsmi səhifəsində də şəxsiyət vəsiqəsinin məlumatlarını daxil etməklə ,ödənişi harda və zaman ala biləcəyi haqqında məlumat ala bilər.

Eyni proses banklarda da davam etdirilir.Vətəndaş krediti götürdüyü banka yaxınlaşaraq kompensasiyasını ala bilir.

Vətəndaşın kompensasiya məbləği və yaxud digər məsələlərlə bağlı şikayəti varsa Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apelyasiya Komisyasına müraciət edə bilər. Belə müraciət qurumun rəsmi saytından şəxsiyyət vəsiqəsi ilə də edilə bilər. Belə şikayətlərə 15 iş günü, əlavə öyrənilmətələb olunduqda isə 30 iş gününə baxılır.

Ümumiyyətlə ödənişlərin may ayı ərzində başa çatdırılması nəzərdə tutulur. (Xəzər TV)

OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...