Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanının icrası ilə əlaqədar olaraq, bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb. İlk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.

 

Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.

 

Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb.

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin 1 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Unibank- hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...