Fahişə olmaq qeyrətli olmaqdan ona görə üstündür ki...

Fahişə olmaq qeyrətli olmaqdan ona görə üstündür ki...

Əfsələddin Ağalarov

Yetimlər evinə gedən ətin yağlı tikəsindən, imkansızlar üçün ayrılan dərmanların satışından, əlillər üçün nəzərdə tutulan arabaların satışından, it ətini mal əti adı ilə satıb ondan qazandığı puldan, xərçəng xəstəsi olan gəncin cibindəki son puldan əldə etdikləri sərvətlə öz evlərindən fitrə çıxardacaqlar. Allah yolunda yardım edəcəklər. Və hamı onlara inanacaq. Çox qəribədir deyilmi? Yığdığını yığdıqlarına fitrə kimi vermək qəribə bir hiss olsa gərək.

Məsələn bizdə iki ayağını gün ərzinə bir neçə saat aralamaqla özlərinə elit həyat quran qadınlar efirə çıxıb “qeyrətdən” danışsalar hamı onlara inanacaq.

Bu o qadınlardır ki, şəkilləri ilə yandırıb-yaxdıqları insanların sayına görə onlara ölkə rekordçuları da deyə bilərik. Bu o qadınlardır ki, bir him-cimin qarşılığında general oğlunun ordu quruculuğu ilə bağlı məlumatlı olduğu önəmli informasiyanı “barter” də edə bilərlər.

Amma evində oturub dizinin üstünə qoyduğu qaba lobya doğrayıb bu “qeyrət”lilərə efirdən baxan o qadınların qapısı təpiklə açılacaq. O təpiyi ilə qapını açanın ilk dediyi sözlər isə “qeyrətsizin qızı”, “ifritə”, “fahişənin balası” olacaq. Bizdə bax hər şey belədir. Məntiq nədirsə, hər şey onun əleyhinədir.

Evdə lobya doğrayıb axşama dadlı yemək hazırlamağa çalışanların telefonda nömrəsi “Ev”, "Qarı" və ya "Uşaqların anası" kimi qeyd edildiyi halda, gün ərzində üç kişi ilə (daha çox da ola bilər) eyni zamanda danışmağı bacaran qadınların nömrələri həmin telefonda “Canım”, “Ürəyim” kimi yazılacaq.

***

Bizdə belədir, arkadaşlar, dünyanın başqa yerində necədir, bilmirəm. Nədənsə düzlə səhvi ayırd edə bilmirik. Nədənsə hər şeyin saxtası gözümüzə daha çox gözəl görünür.

Ömür boyu kasıbın çörəyini əlindən alan, fəhlələri bir qarın çörəyə işlədib iş yekunlaşanda da müxtəlif bəhanələrlə pulundan kəsən, haqqını verməyib, o pulu oynaşına, aşnana xərcləyəni toyda alqışla qarşılayıb məclisin düz başında otuzdururuq. O gəlməzdən qabaq tamadaya xüsusi tapşırıq verilir ki, adamın masasının ətrafında dolansın və hansı mahnını istəyirsə onu oxusun. Ofisantlar pərvanə olur onun ətrafında. Gözü masada nəyəsə ilişən kimi danışmasına belə imkan verilmir. Bir göz qırpımında qarşısındakı qabda həmin yemək olur. Hətta əllərində olsa bəy-gəlini düşürdüb onu orada otuzdurarlar ki, özünü qonaq kimi hiss etməsin.

Və o masanın düz axırında oturan professora “müəllim sən Allah az danış qonaqların ürəyi sıxılmasın” deyib danlayırlar. Onsuzda pulsuz kişidi deyib əzirlər, heç ürək sözlərini deməyə belə imkan tanımırlar.

Və ya bəzən bir ailənin içində oxumuş, savadlı olan amma işsizlikdən iş tapa bilməyən oğul anasının gözündə, Moskva bazarlarında göy-göyərti satan qardaşından daha aşağıda dayanır. Ana elə həmişə o pul qazanan oğlu üçün ağlayır, qonşularına acıq vermək üçün elə hey onu tərifləyir və ona ümid bağlayır. Təhsilli olan isə yalnız təəssüf edir və bu ədalətsizliyi ömrünün sonuna kimi anlamır.

Bax belədir bu məmləkətdə işlər. Bu günkü cəmiyyətimiz də bax o analar kimidir. Harınlamış məmur olmaq, fahişə olmaq, savadısz və intelektsiz olmaq, müğənni olmaq, halal zəhmətdən, qeyrətli olmaqdan, savadlı və intelektual olmaqdan, müəllim olmaqdan daha çox dəyərlidir.


OXŞAR XƏBƏRLƏR

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...