BMqT Azərbaycan səlahiyyətliləri üçün Avstriyayaya tanışlıq səfəri təşkil edib

İqtisadiyyat
16:35 / 19.04.2019
2834
BMqT Azərbaycan və BMqT-nin regional ofisinin dəstəyi ilə Ədliyyə Akademiyasının rektoru Elçin Xələfovun rəhbərlik etdiyi Azərbaycan rəsmilərindən ibarət 11 nəfərlik nümayəndə heyətinin Avstriyanın paytaxtı Vyana şəhərinə dörd günlük tanışlıq səfəri təşkil edilmişdir. Aprelin 14-19 tarixləri aralığını əhatə edən bu səfər Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanda İnsan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Səfərin əsas məqsədi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin təmsilçiləri, həmçinin regional məhkəmələrin hakimləri və Baş Prokurorluğun əməkdaşlarından ibarət olan nümayəndə heyətini insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, hüquqi qanunvericiliyin təhlili və Avstriyada insan alveri ilə bağlı cinayətlərin təqibi halları ilə, insan alveri sahəsində prosedur və qaydalarla tanış etməkdir.
Nümayəndə heyəti Xarici İşlər Nazirliyində İnsan alveri ilə mübarizə üzrə milli koordinator, səfir Petra Şneebaur, həmçinin prokurorlar Maria-Luise Nittel və Ursula Şrall-Kropiuniq, Konstitusiya məsələləri, İslahatlar, Deregülasiya və Ədalət Federal Nazirliyində Kristian Manke ilə görüşlər keçirmişdir. Avstriyalı həmkarları Azərbaycan nümayəndələri ilə özlərinin insan alveri sahəsində bilgi və ən yaxşı təcrübələri, yanaşmalar və yeni tendensiyalarla, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları ilə bölüşdülər.
Səfər dövründə nümayəndə heyəti həmçinin Vyana şəhərindəki həddi buluğa çatmayan hamisiz miqrantlar üçün olan Drexşaybe Krizis Mərkəzini, İnsan alveri qurbanı olan qadınlar üçün Mərkəzi, Vyana şəhərinin cinayət Məhkəməsi, Avstriyasının Cinayət İstintaqı Xidmətini də ziyarət ediblər.
Bu səfər Azərbaycandan olan heyət üçün ən yaxşı təcrübələri öyrənmək və onları mümkün olan yerlərdə tətbiq etmək, həmçinin Avstriya həmkarları ilə işgüzar əlaqələri qurmaq baxımından yaxşı bir fürsətdir.