“Premium Bank”ın xalis mənfəəti 4 dəfə kiçilib – Səbəb?

“Premium Bank”ın xalis mənfəəti 4 dəfə kiçilib – Səbəb?
Yola saldığımız ilin sonları rebrendinqdən sonra yeni adla bazara çıxan "Premium Bank” ASC ilin ilk rübündə də maliyyə göstəricilərini müsbətlə bitirib.

Sfera.az bu barədə Bankın 2019-cu ilin I rübü üçün açıqladığı maliyyə hesabatına istinad edir.

Hesabat dövrü ərzində Bankın cəmi faiz gəlirləri 10,95 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% artım etməsi deməkdir.

Bankın faiz xərcləri 4,65 mln. manat, qeyri-faiz gəliri 6,43 manat və qeyri-faiz xərci 8,4 mln. manat təşkil edib ki, nəticədə bank ilin ilk rübündə 5,13 mln. manatlıq əməliyyat mənfəəti əldə edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə böyümə olması deməkdir.

Lakin, "Premium Bank” ASC bu dəfə ötən ilkinin əksi olaraq 2,77 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və ilin yanvar-mart aylarında 3,01 mln. manatlıq xalis mənfəətlə bitirib. 2018-dəki rəqəmdən 3,88 dəfə kiçikdir.

Ötən ilin yanvar-mart aylarında bank problemli kreditlərin geridönüşü hesabına xalis mənfəətini 11,68 mln. manat etmişdi. 

Xatırladaq ki, "Premium Bank” ASC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 104,6 mln. manatdır. Hazırda bankın səhmlərinə 84,5%- fiziki şəxs olan Zərifə Həmzəyeva, 15,2%-i "VIP AVİASİYA Xidmətləri” Şirkətinə və 0,32%-i isə ötən ildən Bankın Müşahidə Şurası sədri olan Elçin Əhmədova məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...