PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub - FOTO - VİDEO

PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub -  FOTO - VİDEO

Əməliyyat-axtarış tədbirləri keçirilir.

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar. Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb. Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.