Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb

Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb
"Moody's" beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın uzunmüddətli kredit reytinqini "stabil” proqnozla B3 dərəcəsinə yüksəldib.

Agentliyin analitikləri reytinqin yüksəlməsini bankın mənfəətinin və aktivlərinin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.

"Moody's" hesab edir ki, Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb və 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərin azalacağını gözləyir. Bu isə, əməliyyat mənfəətinin yüksəlməsi ilə yanaşı, növbəti 12-18 ay ərzində xalis mənfəətin artmasına gətirib çıxaracaq.  Aktivlərin keyfiyyətinin yaxşılaşması köhnə portfelin amortizasiyası ilə yanaşı, daha sərt anderraytinq standartları ilə verilmiş yeni kreditlərin həcmi ilə də bağlıdır. Portfelin keyfiyyətinin yaxşılaşdırılması tendensiyası, həmçinin 2019-20-ci illərdə kredit portfelinin böyüməsi ilə davam edəcək.

"Moody`s agentliyi tərəfindən bankın reytinqinin yüksəldilməsi, bankın kollektivinin böyük əməyinin layiqincə qiymətləndirilməsidir. Biz çox şadıq ki, bankın maliyyə sabitliyinin və inkişafının təmin olunmasına yönəlmiş tədbirlərimiz özlərini tam şəkildə doğrultdu və beynəlxalq səviyyədə təsdiqini tapdı. Əminik ki, yeni reytinq Bank Respublikanın daha etibarlı və dinamik inkişaf edən banklardan biri kimi mövqeyini daha da gücləndirəcəkdir”, deyə Bank Respublikanın Müşahidə şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...