"Moody’s" "Xalq Bank"ın reytinqini yüksəldib

 

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC "Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəltdi.

Beləliklə, Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində müəyyən edib və həmin reytinq üzrə proqnozu  "Stabil” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib, bu da Bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, mənfəətliliyinin artması və yüksək kapital  ilə əlaqəlidir.

Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime  səviyyəsinədək artırılıb.  

Bankın qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqlənib.

Moody’s ekspertləri Bankın reytinq üzrə proqnozunu "Stabil" olaraq qiymətləndirilməsini Xalq Bankın kredit göstəricilərinin yaxın 12-18 ay ərzində dəyişməyəcəyi və eyni səviyyədə qalması ilə bağlı gözləntilər ilə əsaslandırırlar. 

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...