Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? - SİYAHI

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? - SİYAHI
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub.
 
Sfera.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 4 milyard 472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 371milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.
Son üç ay ərzində pərakəndə ticarət şəbəkəsində satılan məhsullar:
- ərzaq məhsullarına 4 milyard 19,2 milyon manat (artım 2,7%)
- toxuculuq məhsulları, geyim və ayaqqabılarına 1 milyard 563,8 milyon manat (artım 3%)
- elektrik malları və mebellərə 525,7 milyon manat (artım 2,6%)
- avtomobil yanacağına 493,2 milyon manat (artım 1,9%)
- içkilər və tütün məmulatlarına 452,9 milyon manat (artım 1,2%)
- əczaçılıq və tibbi mallarına 110,5 milyon manat (artım 3,5%)
- kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,1 milyon manat (artım 2,9%)
 
Bu ilin ilk üç ayı ərzində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...