“Azərbaycan tarixi” fənni ləğv ediləcək? - Rəsmi açıqlama

“Azərbaycan tarixi” fənni ləğv ediləcək? -  Rəsmi açıqlama

“Artıq bir neçə gündür ki, müxtəlif xəbər saytlarında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin tədris planından “Azərbaycan tarixi” fənninin çıxarılması barədə heç bir əsası olmayan informasiyalar gedir. İnstitutla dəqiqləşdirilmədən, aydınlaşdırılmadan yayılan bu məlumatlar tamamilə yanlışdır”. 

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib. 

Direktor qeyd edib ki, Təhsil Problemləri İnstitutu “Azərbaycan tarixi” fənninin tədris planında xüsusi yer tutmasını dəstəkləyir: “Xalqımızın tarixini, keçmişini və bu gününü öyrənmək, onun maddi-mənəvi, mədəniyyət abidələri barədə biliklərə yiyələnmək hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəs bu vətəndaşlıq məktəbini keçməlidir. 

Bunun üçün birinci növbədə Azərbaycanın tarixini dərindən öyrənmək vacib hesab edilir. Təhsil Problemləri İnstitutu bütün fənlərə, xüsusi olaraq “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili” fənlərinə bu mövqedən yanaşır, onların tədris planında xüsusi yer tutmasını dəstəkləyir. İnstitutun orta məktəbdə “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı mövqeyi ondan ibarətdir ki, “Azərbaycan tarixi” varlığımızı övladlarımıza bir xalq olaraq öyrədə bilən, qürur hissi formalaşdıran fənn kimi tədris olunsun. 

Şagirdlərin sivilizasiyaların inkişafı ilə bağlı tarixi düşüncə tərzi ilk növbədə məhz “Azərbaycan tarixi” fənni əsasında formalaşsın. Təbii ki, ümumi təhsilin yeni məzmunun formalaşmasında bu bizi düşündürməli, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli və effektiv öyrədilməsi ilə bağlı nəticələrə gətirib çıxarmalıdır”.

Q. Novruzovun sözlərinə görə, heç bir əsası olmayan informasiyaların Təhsil Problemləri İnstitutu ilə dəqiqləşdirilmədən məqsədli şəkildə yayılması narahatedici haldır: 

“Bütün bunların əvəzində əsası olmayan şayiələrin yayılması və müəyyən dedi-qodu sahiblərinin bu fikirləri yayması təəssüf doğurur. Yaxşı olardı ki, onlar bu müqəddəs missiyanın həyata keçirilməsi üçün məktəbdə Azərbaycan tarixinin vətəndaş təfəkkürünün formalaşdırılması baxımından tədris keyfiyyətinin yaxşılaşdırılması üçün konstruktiv təkliflərini versinlər”. (Apa)


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...