Toydan qayıdan müğənnini döyə-döyə öldürdülər - Azərbaycanda dəhşət

Toydan qayıdan müğənnini döyə-döyə öldürdülər - Azərbaycanda dəhşət
Toydan qayıdan müğənnini döyə-döyə öldürdülər - Azərbaycanda dəhşətGəncə şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Həbib Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Sfera.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və baxış iclası aprelin 15-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Həbib Əliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Həbib Əliyevin barəsində Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, öldürülən Kamran Yusifov toylarda xanəndə kimi çıxışlar edib.

OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...