Logo

MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA

MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı"

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Bu stil mənim" verilişinin bağlanması

barədə xəbərə aydınlıq gətirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri

Təvəkkül Dadaşov movqe.az-a açıqlamasında bildirib ki, Şura tərəfindən verilişdə nöqsanla bağlı

telekanala məktub göndərilməyib: "Əvvəllər bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı.

Amma son zamanlar efir etikasına zidd bir məqam qeydə alınmayıb. Odur ki, bizim tərəfimizdən

verilişin bağlanması barədə qərar qəbul edilməyib".

T. Dadaşov, əksinə,  ATV-də yayımlanan verilişlərin çoxunun səviyyəsinin yüksəldildiyini söyləyib.

İndi ATV-dəki əyləncəli şouların da səviyyəsi artırılıb: "İndi bu kanalda əyləncəli verilişlər də səviyyəli

şəkil alıb. Misal üçün, "Nanəli" verilişi indi çox yüksək səviyyədə xalq və bəstəkar mahnılarımızın

təbliği ilə məşğul olmaqla, tamaşaçılara yüksək ovqat bəxş edir. ATV-də marifləndirici verilişlər də

yaradılıb. "Qanunla Biz" verilişi vətəndaşlara hüquqi məsləhətlər verməklə yanaşı, onların öz

hüquqlarını qorumasına yardımçı olur. Bu cür verilişlərin sayı bütün telekanallarda artsa, əlbəttə,

yaxşı olar. O ki qaldı "Bu stil mənim" verilişinə, bu verilişlə bağlı, həmin verilişdə əgər bir nöqsan

aşkarlanmayıbsa, niyə bağlanmasına qərar verilsin?"

Qeyd edək ki, "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə dəb müsabiqəsinin rəsmi

"İnstaqram" səhifəsində də aydınlıq gətirilib: "Üçüncü aydan etibarən yeni süprizlərlə "Bu stil mənim"

ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. "Bu stil mənim" üçüncü aydan

etibarən qonaqları və yenilikləri ilə gəlir".

Qeyd edək ki, dəb yarışı ötən gün efirə verilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR