Sabaha olan hava - Yağış, külək...
Sabah Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və gündüz arabir yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx və Sahildə isə 24-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq. //qafqazinfo
Sfera.az