Almaniyadakı sirli azərbaycanlı oliqarx kimdir?

Almaniyadakı sirli azərbaycanlı oliqarx kimdir?

Almaniyanın Han aeroportunda mənzillənən, "Boeing" və "Airbus" sərnişin təyyarələrinə, habelə "Gulfstream GV-SP" özəl jetlərinə texniki xidmət göstərən və onların əsaslı təmirini həyata keçirən şirkətin sahibi Azərbaycandan olan investordur. 

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Almaniyanın "Allgemeine Zeitung" qəzetində bəhs edilir.

Söhbət 2008-ci ildə yaradılan HAİTEC şirkətindən gedir. Şirkətin saytında göstərilir ki, HAİTEC Azərbaycan, Bermud adaları, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Airbus", "Boeing" və "Gulfstream" təyyarələrinə texniki xidmət göstərmək barədə müqavilələrə malikdir.

Şirkətin Han aeroportunda bir anqarı var, ikincisini də gələn il açmağa hazırlaşır. 2014-cü ildə HAİTEC 30 milyon avro məbləğində üçillik investisiya proqramı elan edib.

"Allgemeine Zeitung" qəzetinin yazdığına görə, HAİTEC şirkətinin builki dövriyyəsinin 20 milyon avro olacağı gözlənilir. Şirkətin 302 əməkdaşı var. Hazırda şirkətin nəhəng anqarında Səudiyyə Ərəbistanı aviaşirkətinə məxsus "Airbus" təmirə dayanıb. Habelə "Boeing 747" yük təyyarəsinin içində təmir işləri görülür. Şirkətin icraçı direktoru Frank Pottdur.

F.Rott fəxrlə deyir ki, dünyanın hər yerindən aviaşirkətlər öz təyyarələrini texniki xidmət üçün HAİTEC-in anqarında qoyurlar. HAİTEC daha bir anqar açmağa və əlavə 200 işçi götürməyə hazırlaşır.

Han aeroportunda hərbi-hava qüvvələrinin keçmiş bazası yerləşib. İndi isə HAİTEC-in investisiyaları sayəsində aeroport "seksual" görkəm alıb. Şirkət Almaniya Hərbi-Hava Qüvvələrinin A400M hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərmək üçün müraciət etməyə də hazırlaşır.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...