“Putin məni ölümlə hədələyir” – Saakaşvili

“Putin məni ölümlə hədələyir” –  Saakaşvili

Odessa qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin onu öldürməklə hədələdiyini bildirib. 

Sfera.az anspressə istinadən xəbər vrir ki, bu haqda Saakaşvili “facebook” səhifəsində yazıb. "Putinə ilk olaraq mən silahlı müqaviməti göstərdim, buna görə də o indiyə qədər məni açıq şəkildə öldürməklə hədələyir. Ukraynanın ərazi bütövlüyü haqqında ikimənalı mövqeyə malik insan heç vaxt mənim yanımda işləyə bilməyəcək. Putinin etdikləri əksinə Ukraynaya xeyir verir və bizim qələbəmizi yaxınlaşdırır",- deyə Gürcüstanın sabiq prezidenti “facebook” səhifəsində Ukrayna və rus dillərində müavini Mariya Qaydarın fikirlərini şərh edrkən qeyd edib.

Bu arada dünən Mixail Saakaşvilinin müavini təyin edilən Mariya Qaydar öz postunda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiya hakimiyyətinin siyasəti ilə razı olmadığını yazıb.

Qeyd edək ki, Saakaşvilinin yeni müavini rus müxalif siyasətçi və ictimai xadim Mariya Qaydar siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. Saakaşvili rəsmi təyinatın hələ baş tutmadığını, prezidentin sərəncamından sonra Mariyanın iş başına keçəcəyini bildirib. Saakaşvilinin sözlərinə görə, o, sosial məsələlər ilə məşğul olacaq. 


OXŞAR XƏBƏRLƏR

Cənazə biznesi sahibinin evindəki ürpədici kəşflər müstəntiqləri təəccübləndirdi

Koloradoda (ABŞ) dəfn evinin sahibi, 34 yaşlı Mayls Harford öz evində 35 yandırılmış insan qalıqlarını qanunsuz saxlamaqda ittiham olunur. İndi təqsirləndirilən...

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tam...

“Simpsonslar”da ölümcül qasırğanın olacağı təsvir edilib: Pərəstişkarlar heyrətə gəlib

“Simpsonlar” cizgi serialının pərəstişkarları iddia edirlər ki, ssenaristlər Florida ştatını vuran və azı 17 nəfərin ölümünə səbəb olan qasırğanı əv...

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb. Sfera.az xəbər ver...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...