Mərkəzi Bank məhdudiyyəti yumşaltdı

Mərkəzi Bank məhdudiyyəti yumşaltdı

Azərbaycan Mərkəzi Bankı (AMB) leverec əmsalını 8-dən 6 faizə endirib. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, müvafiq dəyişiklik Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrində dərc edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilib.

Dəyişiklik iyulun 14-dən qüvvəyə minib.

Leverec əmsalı – AMB-nin nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminin 50 faizi istisna olmaqla, bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov qoyulmuş milli valyuta ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbətidir.

Leverec əmsalını hesablamaq üçün I dərəcəli kapitalı "tutulmalar"dan sonra aktivlərin (yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 50 faizi çıxılmaqla) və balansdankənar öhdəliklərin məbləğinə bölmək, ardından isə 100 faizə vurmaq lazımdır.

Leverec normativi bankın güclü artımının məhdudlaşdırılması üçün nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...