“Təhsil Nazirliyinin sınaq imtahanı keçirməsi qanunsuz pul qazanmağa xidmət edir”- Ekspert

“Təhsil Nazirliyinin sınaq imtahanı keçirməsi qanunsuz pul qazanmağa xidmət edir”- Ekspert
Təhsil Nazirliyi mütamadi olaraq IX-XI sinif şagirləri üçün sınaq imtahanı keçirir. Maraqlıdır ki, Təhsil Nazirliyi keçirdiyi sınaq imtahanlarını ödənişli əsaslara həyata keçirir. Digər məqam isə Təhsil Nazirliyindən fərqli olaraq hazırlıq kursları da bu sınaq imtahanını həyata keçirdir. Təhsil Nazirliyindən fərqli olaraq hazırlıq kursları və mərkəzləri bu sınaq imtahanlarını pulsuz reallaşdırır.
 
Dövlət büdcəsindən maliyyələşən bir nazirliyin niyə bu imtahanları pullu etməsi ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxlamışıq. Kamran Əsədov Sfera.az-a bildirdi ki, Təhsil nazirliyinin IX və XI sinif şagirdləri üçün ödənişli əsaslarla sınaq imtahanı keçirməsi qanunsuzdur və pul qazanmağa xidmət edir. 
 
”Onların orta məktəblərdə təhsil alan şagirdlərə ödənişli sınaq imtahanları keçirmək səlahiyyətləri yoxdur. Çünki 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagird təhsil nazirliyinin tabeliyindədir və onlar təhsil aldıqları müddətdə bütün resurslarla pulsuz olaraq, dövlət büdcəsinin  vəsaiti hesabına təmin olunurlar. İndi təhsil nazirliyi dövlətin şagird üçün pulsuz ayırdığı kağızdan, printerdən istifadə edib onları şagirdə pulla satıb qazanc əldə etmək istəyir?  Bundan başqa təhsil nazirliyinin hətta keçən ildə bu tipli keçirdiyi sınaq imtahanında təqdim etdiyi test tapşırığı nümunələri dövlət standartlarına cavab vermirdi və ancaq imtahanın birinci mərhələsini əhatə edirdi. Ödənişli sınaq imthanlarının keçirilmısi bir daha onu göstərir ki, Təhsil Naziriyi təhsilin inkişafında maraqı deyil, özlərinin maddi qazancının artmasında maraqlıdırlar."

Ekspert imtahanların pulsuz keçirilməsini təklif edərək bildirir ki, əslində büdcədən maliyyələşən nazirlik üçün dövlət kifayət qədər vəsait ayırır. 
 
"Nəzərə alsaq ki, şagirdlərin sınaq imtahanındakı nəticələri aşağı olur, bu  naziriyin işinin nəticəsidir. Onlar şagirdlərin nəticəsinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görməlidirlər. Amma bu ödənişli olmamalıdır. Çünki məhz şagirdlərin aşağı nəticəsi onların yarıtmaz fəaliyyətinin nəticəsidir.  Gör bunlar nə qədər özlərini itirib ki, öz fəaliyyətsizliklrindən belə pul qazanmaq istəyirlər. 
Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, sınaq imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir.  Bu DİM-in fəaliyyətində  də belə idi. Amma təhsil nazirliyi sualları pulsuz əldə edir. Bir sual kitabçasına ümumilikdə suallar üçün onlar 90  manat xərc çəkirlər. DİM açıq tesləri yoxlayan ekspertə 1 sual üçün 50 qəpik ödəyir. Amma təhsil nazirliyinin keçirdiyi sınaq imtahanında test tapşırıqları qapalıdır və onu aparat yoxladığı üçün əlavə xərc çəkilmir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 90 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı... 1 sual kitabçası düzəldirlər, imtahanda 120 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ də onlar arasında bölünür. Əgər sınaq imtahanında 100 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 3 manatdan artıq ola bilməz. Burada kifayət qədər ciddi rəqəm var. Əgər imtahanda 100 min nəfər iştirak edirsə, onu 20 manata vurun və görün hansı məbləğ ortaya çıxır...  Təhsil nazirliyi yaxşı qazanc mənbəyi tapıb deyəsən.
 
Elçin


OXŞAR XƏBƏRLƏR

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...

Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, ...