Əlibaba Məmmədov: "Məmmədbağırı xatırlayanda kövrəlirəm"

Əlibaba Məmmədov: "Məmmədbağırı xatırlayanda kövrəlirəm"

Bu gün xalq artisti, sevilən müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür.

Sənətkarı müəllimi, ustad xanəndə Əlibaba Məmmədov yad edib.
Sfera.az xəbər verir ki, publika.az-a tələbəsindən danışan xanəndə kövrəlib:
"Məmmədbağır mənim ən sevimli tələbəm olub. Dörd il ona dərs demişəm, iki il də rəhbərlik etdiyim "Humayun" ansamblında çalışıb. O, təpədən-dırnağa musiqiçi idi. Ərəb, türk, hind, iran musiqilərini çox məharətlə oxuyurdu. Şirin səsi ilə ürəklərə su çiləyirdi.  Həmişə dərsdən evə gedəndə deyirdim ki, Məmmədbağır, bir ağız oxu, ruhumuz dincəlsin, sonra gedək. Bəzən deyirlər ki. əvəzolunmaz adam yoxdur, mən deyirəm ki, var.
Məmmədbağır belə əvəzolunmaz sənətkarlardandır. Heyif ki, çox tez getdi, 55 yaş nədir ki? Onu xatırlayanda həmişə kövrəlirəm".
Qeyd edək ki, müğənni 2005-cı ildə 55 yaşında dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...