"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlunun - MƏHKƏMƏSİ BAŞLAYIB

 

Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sfera.az fed.az-a istinadla xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib. 

Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi "Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.

Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, S.Vəliyev "Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...