2 polisi başından güllələdilər
Cəmiyyət
18:18 / 22.07.2015
2381
Türkiyənin Şanlıurfa vilayətində 2 polis əməkdaşının meyidi aşkarlanıb.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Şanlıurfa valisi İzzəddin Küçük vilayətin Ceylanpınar qəsəbəsində eyni evdə qalan və çevik polis alayında xidmət edən 2 polis məmurunun meyidinin tapıldığını bildirib. Polis əməkdaşları başlarından güllə ilə vurularaq öldürülüblər.
İ. Küçük olayın terror olub-olmadığını hələlik bilmədiklərini söyləyib. Hadisə yerində tədqiqat aparılır.
Xatırladaq ki, iyulun 20-də Şanlıurfanın Suruç rayonunda törədilən terror aksiyası zamanı 32 nəfər ölüb.